Accessibility links

Ermənistanda silahlı şəxslər təslim olaraq qarşıdurmaya son qoyub


Yerevanda polis binasını ələ keçirən 20 nəfərdən ibarət silahlı qrupun üzvləri təslim olaraq, iki polis zabitinin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnmiş iki həftədir sürən qarşıdurmaya son qoyub.

Radikal müxalifət qrupun üzvləri olan silahlı şəxslər polisin binaya hücum edəcəyi ilə bağlı xəbərdarlığından bir gün sonra təslim olub.

Qarşıdurma şəhərdə iğtişaşlara yol açan kütləvi nümayişlərə səbəb olub. Bir neçə min adam silahlı şəxslərə dəstək məqsədilə gecə nümayişləri keçiriib.

Hökumət əleyhdarı qrupun lideri Varujan Avetisyan Ermənistan mediasına bildirib ki, onlar polisin hərbi avtomobillərlə binaya daxil olmasından sonra qarşıdurmaya son qoymaq qərarına gəliblər.

Avetisyanın sözlərinə görə, buna başqa səbəb isə polisin qrupun binadan kənara çıxan üzvlərinə atəş açmaöa başlaması olub. Çoxları ayağından güllə ilə vurulsa da, bir silahlı şəxs sinəsindən güllə yarası alıb.

Silahlı şəxslər iyun ayında qrupun həbs edilmiş bir üzvünü azad etməyə cəhd göstərərək, polis qərargahını iyulun 17-də ələ keçirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış - 26 iyul 2021
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG