Accessibility links

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hədələrinə cavab verib


Raket
Raket

Ermənistanın Azərbaycanın neft-qaz obyektlərini vuracağı ilə hədələməsi əks reaksiyaya səbəb olub

Ermənistan Silahlı Qüvvələri uzaq məsafəli raketləri hərbi hazırlıqda prioritet hesab edir və zərurət yarandıqda düşmənin iqtisadi təyinatlı obyektlərinə, əsasən neft-qaz kəmərlərinə zərbə vuracaq. Bu barədə ötən gün Ermənistan Baş Qərargahı əməliyyat idarəsinin rəisi, general-mayor Artak Davtyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistanın hərbi texnikası 300 kilometr və daha uzaq məsafəyə zərbə endirə bilər.

Bu yaxınlarda ikigünlük təlimlərdə raket zərbələrindən də istifadə olunub. “Lazım olsa, düşmənin mühüm iqtisadi obyektlərinə və infrastrukturuna zərbələr endirəcəyik. Biz dinc əhaliyə zərbə endirməyəcəyik, bunu planlaşdırmırıq. Hədəfimiz hərbi və iqtisadi obyektlər, əsasən neft və qaz infrastrukturu olacaq.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi bu fikirlərə belə münasibət bildirib: “Ermənistanın gücü və ağlı özününkü deyil, kənardan gəlmədir. Neft-qaz infrastrukturuna gəlincə, Azərbaycanın neft və qaz yataqları dünyanın ən böyük dövlətləri və şirkətləri ilə birgə istifadədir.

Bundan əlavə, Azərbaycan öz neft və qaz yataqlarını qorumağı bacarır və hava hücumundan müdafiə üçün nə gərəkdirsə bütün tədbirlər əsas diqqət mərkəzindədir. Əksinə, düşmənin anlaması lazımdır ki, Azərbaycanın yeni raket sistemləri Ermənistanın istənilən strateji obyekt və hədəflərini vurmağa qadirdir”.

Turan agentliyi hərbi ekspertlərə istinadən bildirir ki, erməni tərəfində sovet dövründən qalma “SKAD” kiçik məsafəli raketlər, həmçinin Çin istehsalı olan “Tayfun” yaylım atəşi sistemi var.

Hərbi ekspertlər qeyd edirlər ki, bu silah növləri yüksək dəqiqlikli silah növləri deyil və çətin ki, bu cür zərbələri yerinə yetirə bilsin.

Azərbaycanın “Toçka U” və digər raket sistemləri var ki, bunlar bütün Ermənistan və Qarabağ ərazisinə bəs edər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG