Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Azərbaycanın Qazax rayonu istiqamətində pozan Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kənd sakini noyabrın 12-də geri qaytarılıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi kimi mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının hıyata keçirilməsinə yardımçı olub.
Lusine Qukasovna Abovyan noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozub. O Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.