Accessibility links

NBA oyunçusu Enes Kanter uyğurların məcburi əməyinə qarşı mübarizədə liderlik edir


Bir neçə yüz uyğur, Tibet və Honq-Konq fəalının əhatəsində olan NBA oyunçusu Enes Kanter ötən şənbə günü Kapitoli qarşısında mitinq keçirərək Çini uyğurların məcburi əməyini dayandırmağa və ABŞ Konqresini “Uyğurların məcburi əməyinin qarşısının alınması haqqında” qanunu qəbul etməyə çağırıb.

Boston Celtics komandasının mərkəz oyunçusu həmçinin ABŞ rəsmilərini uyğurların Çində məcburi əməyinə son qoymaq üçün “nəzərəçarpan addımlar atmağa çağırıb. “

”Bizə fəaliyyət lazımdır, söz deyil. Biz insan haqlarını həm ABŞ, həm də xarici siyasətdə prioritet etməliyik. Yalnız bu halda biz uyğur soyqırımını dayandırmağa yardım edə bilərik”- deyə, Kanter bildirib.

ABŞ Senatı iyul ayında yekdilliklə uyğurların məcburi əməyinin qarşısının alınması qanununu qəbul edib. Qanun ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edildiyi və prezident Co Bayden tərəfindən imzalandığı təqdirdə, Çinin Sincan-Uyğur Muxtar Bölgəsində icbari əməklə istehsal olunan malların ABŞ bazarına daxil olmamasına təminat veriləcək və bu kimi məcburi əməklə bağlı sanksiyalar tətbiq edələcək.

Qanun layihəsində qeyd olunur ki, Çin 2017-ci ilin aprelindən bəri bir milyondan çox uyğur, qazax, qırğız və digər təqib olunan qrupların üzvlərini məhkəmədənkənar kütləvi həbs düşərgələri sistemində saxlayır və məhbusları məcburi əməyə, işgəncəyə, siyasi təlqinlərə məruz qoyuraraq, digər ciddi insan hüquqları pozuntularına yol verir.

Pekin uyğurların həm həbs düşərgələri, həm də məcburi əməyə cəlb edilməsi ilə bağlı ittihamları rədd edir və bildirir ki, bu komplekslər uyğurlara Çin dili, hüquqi biliklər, peşə bacarıqları və radikalizm kursları verən “peşə təhsili və təlim mərkəzləridir”.

Çin iddia edir ki, uyğurların azadlıqları heç vaxt məhdudlaşdırılmayıb və onların öz müqəddaratlarını seçmək azadlığı var.

Uyğurların Məcburi Əməyin Qarşısının Alınması Qanununun sponsorlarından biri olan senator Marko Rubio mitinqdəki bir nümayəndənin verdiyi yazılı açıqlamada Kanterin ayağa qalxma cəsarətini alqışlayıb.

Son həftələr Kanterin tibetlilərə, uyğurlara və Honq-Konqa dəstəyini ifadə edərək, Pekini “qəddar” siyasətini dayandırmaq çağırışlarından sonra Çindəki Çin media platformaları Boston Celtics oyunlarının yayımını dayandırıb.

Mitinqdə Kanter Nike geyim şirkəti kimi firmaları Çində uyğurların məcburi əməyinə şərik olmaqda ittiham edib.

"Bir NBA idmançısı kimi onların Çin haqqında səssiz qalmasını görmək üzücü, biabırçı və iyrəncdir" - deyə, Kanter əlavə edib.

Ötən il Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) hesabatında Nike da daxil olmaqla, 83 markanın Çindəki uyğurların məcburi əməyi ilə əlaqəli olduğunu bildirmişdi.

Həmin ilin sonunda The New York Times xəbər vermişdi ki, Nike və sərinləşdirici içki istehsalçısı Coca-Cola Uyğurların Məcburi Əməyin qarşısının alınması qanununu zəiflətmək üçün Konqresə lobbiçilik edən böyük şirkətlər və biznes qrupları arasındadır.

Nike öz saytında şirkətin etik və məsuliyyətli istehsala sadiq olduğunu və beynəlxalq əmək standartlarına riayət etdiyini bildirib.

XS
SM
MD
LG