Accessibility links

Ernesto qasırğası Meksikanın Yukatan yarımadasına yaxınlaşır


Sinoptiklər bu mövsümün Atlantik okeanındakı ikinci qasırğası olan Ernesto qasırğasının Meksikanın Yukatan yarımadasına yaxınlaşdığını bildirir. Birləşmiş Ştatların Qasırğalar üzrə Milli Mərkəzinin son məlumatında deyilir ki, Ernesto qasırğasının küləyinin sürəti saatda 130 km-dir.

Qasırğa və Tropik Fırtınalara Nəzarət Komitəsi Beliz adaları da daxil edilməklə, qasırğanın Meksikanın şimal sərhədlərini təsiri altınna alacağı barədə xəbərdarlıq edib. Tufan dünən Meksikanın Kvintana Ru ştatının Mahahual şəhərinə çatmamışdan əvvəl qasırğaya çevrilmişdi.

Rəsmilər ərazidən minlərlə turisti evakuasiya etmiş və onları ştat paytaxtı Çetumala aparmışlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG