Accessibility links

Suriya prezidenti Hələbdə qələbənin yaxın olduğunu deyir


Suriya prezidenti Bəşar Əl-Əsəd hökumət qüvvələri Hələbdə üsyançılar üzərində qələbəyə yaxınlaşdığı bir zaman deyib ki, döyüşlər beş ildir sürən münaqişə bitənə qədə davam etdiriləcək.

Əsəd bu açıqlamaları Rusiyanın dəstəyi ilə Suriya ordusunun Hələbin köhnə şəhər hissəsinin dörddə üçünün nəzarətini ələ almasından bir gün sonra dövlətə məxsus Əl-Vatan qəzetində cümə axşamı günü nəşr edilmiş müsahibəsində verib. Üsyançılar 2012-ci ildən Hələbin köhnə şəhər hissəsinə nəzarət etdirdi.

Əsəd deyir ki, Hələbdə qələbə hələ müharibənin qurtardığı demək deyil, lakin bu, münaqişənin sona çatması istiqamətində mühüm bir addım olacaq.

Suriya ordusunun əsgərləri Hələbdə
Suriya ordusunun əsgərləri Hələbdə

Suriya prezidenti eyni zamanda, üsyançıların şəhərdə qaldığı müddətdə Hələbdə atəşkəslə bağlı fikirləri rədd edib. Üsyançı qüvvələr mülki əhalinin humanitar təxliyyəsinə imkan verilməsi üçün beş günlük atəşkəs təklif edərək, buna nail olunduqda Hələbin gələcəyini müzakirə etməyə söz veriblər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi təcili tibbi yardıma ehtiyacı olan 150 nəfəri köhnə şəhərdəki xəstəxanadan təxliyyə etdiyin bildirib. “Onların çoxu hərəkət edə bilmir və onların xüsusi diqqət və müalicəyə ehtiyacı var”,-dey. Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü Mariann Qasser müxbirlərə bildirib.

On minlərlə insanın Hələbin şərq hissəsində ilişib qaldığı təxmin edilir. Son iki həftə ərzində Hələbin hökumətin nəzarətində olan daha təhlükəsiz hesab edilən qərb hissəsinə böyük qaçqın axını müşahidə edilir. Müşahidəçilər 18 mindən çox mülki vətəndaşın şəhərin şərq hissəsindən qərb hissəsinə keçdiyini bildirir. 9 min çox insanın kürdlərin nəzarətində olan ərazilərə qaçdığı deyilir.

XS
SM
MD
LG