Accessibility links

Əsəd hökuməti Cenevrə danışıqlarında iştirakını hələ təsdiq etməyib


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın bildirdiyinə görə, Bəşar Əl-Əsəd hökuməti Suriya müxafəti ilə bu həftə Cenevrədə təyin edilən danışıqlarda iştirakını hələ təsdiq etməyib.

Staffan de Mistura BMT Təhlükəsizlik Şurasına bildirib ki, Əsəd hökuməti bazar ertəsi Cenevrəyə səfər etməyəcəyini deyib. Lakin Mistura bununla belə ümidini itirmədiyini bildirib. O, prezident Əsədin Rusiya prezidenti Putinlə Soçidə görüşünü qeyd edib.

“Biz bilirik və həqitətən də prezident Əsədin Soçidə görüşərkən prezident Putinlə təəhhüdlərini nəzərə alanda hökumətin nümayəndələrinin tez bir zamanda yola çıxacağını gözləyirik”, o bildirib.

Rusiya prezidenti Vladimir Putin Syriya prezidenti Bəşar Əsədlə Soçidə görüşür, 20 noyabr 2017
Rusiya prezidenti Vladimir Putin Syriya prezidenti Bəşar Əsədlə Soçidə görüşür, 20 noyabr 2017

Putin Əsədlə keçən həftə görüşüb. Görüş zamanı Əsəd ona “siyasi həllə nail olmaq istəyən bütün tərəflərlə dialoqa hazır olduğunu” deyib.

Rusiya 2015-ci ildə Əsəd rejiminə onu hakimiyyətdən salmağa çalışan qüvvələrə qarşı başladığı hava hücumları ilə dəstək verib. Dəməşq habelə İran tərəfindən dəstək alıb. Türkiyə isə Suriyada müxalif qüvvələri dəstəkləyib.

Cenevrədə BMT-nin sponsorluğu ilə çərşənbə axşamı günü başlayacaq danışıqlar Suriyada müharibəyə son qoyulması istiqamətində səkkizinci belə müzakirələr olacaq. Bundan əvvəlki danışıqlarda çox az inkişaf əldə edilmişdi. Suriya müharibəsi nəticəsində 400 mindən çox insan həyatını itirib. 13 milyon suriyalının humanitar yardıma ehtiyacı var.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG