Accessibility links

Əsəd müharibənin bitmədiyini deyib, Rusiya və İranın dəstəyindən danışıb


Suriya prezidenti Bəşar Əl-Əsəd deyib ki, Qərbin onu hakimyyətdən devirmək planlarının qarşısı alınsa da, üsyançılar üzərində müharibə sona çatmayıb və döyüşlər davam edir.

Televiziyada yayımlanan video müraciətində Əsəd bildirib ki, altı il yarım davam edən müharibədə qələbəyə işarələr olsa da, hələlik tam qələbədən danışmaq mümkün deyil.

O, detallara varmayıb.

Suriya prezidenti bununla yanaşı bildirib ki, Rusiya, İran və Livanın Hizbullah hərəkatı kimi sadiq müttəfiqlərin yardımı ilə ordu döyüşlərdə üstünlük əldə edə bilib.

“Onların birbaşa dəstəyi-siyasi, iqtisadi və hərbi-döyüş meydanında üstünlükləri mümkün edib və müharibənin itkiləri və ağırlıqlarını azaldıb”, o bildirib.

Əsəd ölkəsinin Rusiyanın vasitəçiliyi ilə atəşkəsə dair əldə edilən razılaşmanı alqışladığını deyib. Moskva qan tökülməsinə və üsyana son qoyulması, eləcə də üsyançıların amnistiya edilməsi məqsədilə atəşkəs rejiminin Suriyanın bütün yerlərində tətbiq edilməsinə çalışır.

“Biz bu təşəbbüsün uğurunda maraqlıyıq”, Əsəd bildirib.

Bununla belə, Suriya prezidenti ABŞ-ın təşəbbüsü ilə təhlükəsizlik zonaları yaradılmasını qınayaraq, belə bir planın yalnız “terrorçulara maskalanmaq imkanı verəcəyini” deyib. ABŞ prezidenti Donald Tramp bu ilin əvvəli Rusiya ilə buna nail olunacağına ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG