Türkiyədə həbs edilən Amnesty International-ın regional direktoru və digər insan hüquqları fəallarının işgəncəyə məruz qalma riskləri var.
Amnesty-dən Idil Eser və digərlərini terror qrupu üzvləri şübhəliləri kimi nəzarət altına alınanlar Böyükadada təlim kursları zamanı həbs edilib.
"Biz arbitrar həbslərdən narahatıq" - deyə BMT-nin sözçüsü Elizabeh Trossell bildirib. O, insan haqları müdafiəçilərinin qeyri-insani, kobud və aşağılayıcı münasibətlə üzləşdiklərindən narahatlığını ifadə edib.
Onlardan 8-i türk insan haqları fəalı, 2-si isə Almaniya və İşveç vətəndaşıdır.
Türkiyənin səlahiyyətli nümayəndələri işgəncələrə dair ittihamları rədd edir.
Trossell bildirib ki, rəsmi Ankara insan haqları azadlıqlarını kriminallaşdırır, 2016-ci il çevriliş cəhdindən sonra ifadə azadlıqlarını kobud şəkildə pozur.
Amnesty International həbsləri "hakimiyyətdən sui-istifadə" adlandırır.
Məhkəmə təşkilatın yerli direktorunun həbsinə bu ay göstəriş verib.
Türkiyədə 4 minə yaxın ordu, dövlət qulluqçusu və jandarmeriya işçisi vəzifəsindən kənarlaşdırılıb. Bu, ötən il çevriliş cəhdi ilə əlaqələndirilir.
Onların 1227 nəfərinn Ədliyyə Nazirliyi, həbsxana mühafizəçisi, ziyalılar və Dini Məsələlər üzrə Nazirliyin işçiləri təşkil edir.
Çevriliş cəhdindən bəri 120 min adam işdən çıxarılıb, 40 min nəfər həbs edilib.