Accessibility links

Əfqanıstanda həlak olan əsgərin cəsədi ABŞ-a gətirilib


Əfqanıstanda üç gün əvvəl öldürülən ABŞ əsgərinin cəsədi Birləşmiş Ştatlara gətirilib.

ABŞ ordusunun çavuşu Leonardo A.S. Yassonun cəsədi Delaver şatının Dover Hərbi Hava Qüvvələri aeroportuna bazar ertəsi gecə saatlarında çatdırılıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmilərinin bildirdiyinə görə, 25 yaşlı Yasso şənbə günü Helmənd vilayətində keçirilən əməliyyat zamanı həlak olub.

Ordu sözçüsü altı ildir müharibə veteranı olan Yassonun həlak olduğu zaman Əfqanıstanda üçüncü dönəm hərbi xidmətdə olduğunu bildirib.

Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin bildirdiyinə görə, bu gün ölkənin şərqindəki Qəzni şəhərində əldəqayırma bombanın partlaması üç əsgərin ölümünə, digər üçünün isə yaralanmasına səbəb olub. Partlayış zamanı bir amerikalı podratçının da yaralandığı bildirilib.

Qəzni Əfqanıstanda Talibanın son aylar nəzarət etdiyi eyniadlı vilayətin paytaxtıdır.

Bu gün ölən əsgərlər daxil olmaqla, bu il Əfqanıstanda öldürülən ABŞ əsgərlərinin sayı 11-ə çatıb.

XS
SM
MD
LG