Accessibility links

Əsgər özünü güllələyib


Avtomat
Avtomat

Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində sgər Cəlilov Kamran avtomat silahla özünü güllələyib.

Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinə faktı təsdiqləyib və bildirib ki, hadisə əsgərin silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.

Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Əsgər K.Cəlilov Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb.

Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə bu ilin əvvəlindən Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 28 nəfər təşkil edib. Daha 36 nəfər yaralanıb və ya bədən xəsarəti alıb.
XS
SM
MD
LG