Accessibility links

Cəbhədə gərginlik artıb


Əsgər ölümü
Əsgər ölümü

Dekabrın 17-da cəbhə xəttində qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Taleh Kərimov həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Nazirlik bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xatırladaq ki, dekabrın 16-da da cəbhə xəttində Azərbaycan Ordusunun bir əsgəri həlak olmuşdu.

Ermənistan mediası isə rəsmi mənbələrə istinadən cəbhədə üç erməni hərbçisinin öldürüldüyünü bildirir.

Dekabrın 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Dövlət başçılarının gürüşü öncəsi cəbhədə gərginlik artmaqda davam edir. Hər iki ölkənin hərbi rəhbərliyi hədələyici bəyanatlarla çıxışlarını davam etdirir. Tərəflər cəbhədə gərginliyin artmasında günahı bir-birində görür.

Bununla yanaşı, ATƏT- in Minsk Qrupunun həmsədrlər dövlətləri bu dekabrın 3-də birgə bəyanatla çıxış edib.

Həmsədr dövlətlər xatırladılır ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının ciddi şəkildə artması ilə bağlı status-kvo bu il qeyri-stabil olub.

"Biz xüsusilə minaatan və digər ağır silahlardan istifadəni pisləyir və bu silahların istifadə olunması səbəbilə dinc insanların xəsarət almasından təəssüf hissi keçiririk. Dağlıq Qarabağ promleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bəraət qazandırmaq olmaz. Biz tərəfləri ən sərt dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrlər risk azaldıcı təkliflər irəli sürüblər. Ümid edirik ki, ATƏT araşdırma mexanizmi də daxil olmaqla tərəflər bu təklifləri qəbul edəcəklər", sənəddə deyilir.

XS
SM
MD
LG