Accessibility links

Azərbaycan hərbçisi həlak olub


Avtomat
Avtomat

İyulun 14-də cəbhə xəttinin Ağdam rayonu (Bakıdan 351 kilometr qərb) istiqamətində qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrin zabiti Toğrul Məmmədov həlak olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyi hesab edir ki, bu qarşı tərəfin törətdiyi təxribatdır.

“Təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür”, məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin məlumatına hələ münasibət bildirməyib.

Xatırladaq ki, Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək davam edən hərbi əməliyyatlar zamanı hər iki tərəfdən onlarla insan həlak olub. Aprelin 5-i Moskvada tərəflər hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edib.

Buna baxmayaq son günlərdə Azərbaycan tərəfi artıq iki hərbçisini itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG