Accessibility links

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərin meyitinin qaytarılmasına münasibət bildirib


Avtomat

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da Çingiz Qurbanovun itkin düşdüyü ilə bağlı məlumat yaymışdı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Çingiz Qurbanovun meyitinin qarşı tərəfin əlində olması barədə məlumata münasibət bildirib.

Komissiyanın məlumatına görə , bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

Dövlət Komissiyası qeyd edir ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir:

“Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”deyə komissiya əlavə edib.

Beynəlxalq Qızıl Xaç Komitəsi də Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün vasitəçilik etmək istədiyini açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da Çingiz Qurbanovun itkin düşdüyü ilə bağlı məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu dövlət sərhədini pozmağa cəhd göstərərkən Azərbaycan bölmələrinin pusqusuna düşüb.

Öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Çingiz Qurbanovun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG