Accessibility links

“Oskar”a layiq görülmüş kinorejissor İranda təzyiqlə üzləşib


Əsğər Fərhadi
Əsğər Fərhadi

Əsğər Fərhadi təyyarədən düşən kimi onun pasportunu əlindən alıblar

Bir müddətdir peşə fəaliyyəti ilə bağlı xaricdə yaşayan məşhur iranlı kinorejissor, 2012-ci ildə “Nadirin Simindən ayrılması” filminə görə “Oskar” mükafatına layiq görülmüş Əsğər Fərhadi iyulun 9-dan 10-na keçən gecə İrana gələn kimi təzyiqlərlə üzləşib.

“Media forum” saytının məlumatına görə, Tehranın İmam Xomeyni beynəlxalq aeroportunun təhlükəsizlik işçiləri Əsğər Fərhadi təyyarədən düşən kimi onun pasportunu əlindən alıblar və kinorejissorla kobud rəftar ediblər. Dünya şöhrətli kinorejissor onunla belə rəftar olunmasına kəskin etiraz bildirib və pasportu qaytarılmasa məsələni mediaya çıxaracağını vurğulayıb.

Qızğın mübahisələrdən sonra Əsğər Fərhadinin pasportu özünə qaytarılıb. Amma ona bildirilib ki, yaxın günlərdə təhlükəsizlik qurumlarından birinə gəlməli və xaricdəki fəaliyyəti ilə bağlı ifadə verməli olacaq.

Əsğər Fərhadinin konkret nə vaxt və hansı təhlükəsizlik qurumunda ifadə verəcəyi haqda hər hansı məlumat yayılmayıb.
XS
SM
MD
LG