Accessibility links

Əsgər yaralı vəziyyətdə tapılıb


Yaralı əsgər
Yaralı əsgər

Cəmil Hüseynzadə hərbi hissəni özbaşına tərk edibmiş

Tovuz rayonundakı ((Bakıdan 430 kilometr qərbdə) ) hərbi hissəni silahını götürərək özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadə Azərbaycanın Ermənistanla sərhədində qoşunlarının təmas xəttində yaralı vəziyyətdə hərbiçilər tərəfindən tapılıb. Bu barədə Amerikanın Səsinə Tovuz rayon Polis Şöbəsindən bəlli olub.

Mənbənin məlumatına görə, əsgərin yaralanması müəmmalı olaraq qalır.

Cəmil Hüseynzadənin oktyabrın 26-da hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb. Nazirliyin mətbuat xidmətinin telefonuna cavab verən yoxdur.
XS
SM
MD
LG