Accessibility links

Aktyor Eşton Kutçer Analar Günü bayramı münasibəti ilə anasının evini təmir etdirib


“Anam mənim həyatıma böyük təsir göstərib. Və ona təşəkkür etmək üçün hər şeyə razıyam.” Eşten Kutçer anası Dayan haqda bunları deyib. Və o Analar günü münasibəti ilə anasına xüsusi hədiyyə alıb.

Houzz ev dizayn veb səhifəsində Eşton anasının Ayova ştatındakı evində apardığı təmir haqda məlumat verib.

“Bu yeri anam üçün gözəl dizayn etdirə bilsəm, mən çoxdankı arzuma nail olacam” deyə Eşton bildirib.

Bütün proses cəmi 27 gün çəkib və aktyorun anasının evi tanınmaz olub.

People veb səhifəsinə istinadən Dayan nəticədən çox razı qalıb.

Bəli, hər kəsə Analar günündə belə bir hədiyyə və Eşton kimi səxavətli oğul arzu edirik.

XS
SM
MD
LG