Accessibility links

Estoniya 2011-ci ilin yanvar ayının birindən avrozonaya daxil olur


Estoniya 2011-ci ilin yanvar ayının birindən avrozonaya daxil olur
Estoniya 2011-ci ilin yanvar ayının birindən avrozonaya daxil olur

Estoniya 2011-ci ilin yanvar ayının birindən rəsmən avrozonaya daxil olur. Estoniya avro valyutasından istifadə edəcək 17-ci və Baltik ölkələri arasında birinci ölkə olacaq. Lakin Avropanın borc böhranına dair artmaqda olan narahatlıqlar estonlar arasında təlaş yaradır. Avropanın ortaq valyutasının gələcəyinə dair narahatlıqlara baxmayaraq, Tallin şəhərinin bankları avroya olan tələbatı qarşılamaqda çətinlik çəkir. Estoniyda bu keçid icyimai debatlara yol açıb. Təqaüdçülərdən biri bunu mənasız bir iş kimi qiymətləndirir. “Bu bizə lazım deyil. Əskinasların ölçüləri belə fərqlidir.Mənim avro üçün portmonem belə yoxdur. Bizim uşaqlar məktəbdə pulsuz yemək ala bilmədikləri halda, milyonlarla vəsait xərcləyib avronu ölkəyə gətiririk.

Estoniyada keçirilən rəy sorğularına görə, əhali arasında valyuta haqda fikir 50-50-dir. Bəziləri bunu alqışlayır. Digərləri pisləyir.

1.3 milyonluq Estoniya əhalisinin çoxunun avroya könülsüz münasibəti ərzaq qiymətlərinin 5 faiz artımına izahat verməyə çalışan eston hökumətini narahat edir. Lakin iqtisadçı Hardo Pajula qiymət artımının avro ilə çox az əlaqəsi olduğunu deyir.

Qiymətlərin artmasına dünyanın bir sıra bölgəsində, xüsusilə Rusiyada yayın isti keçməsi səbəb olub.Əlbəttə, avro da bir az təsir göstərir.

İqtisadçıların fikrincə, ən ağır zaman ilin xalqın adət etdiyi krondan inamla yanaşmadıqları avroya keçəcəyi ilk iki həftəsi olacaq.

XS
SM
MD
LG