Aksiya iştirakçıları “Azadlıq!”, “İstefa!”, “Parlament buraxılsın!” şüarlarını səsləndirən zaman polis güc tətbiq edib, demək olar ki, etirazçıların əksəriyyəti saxlanıb.
“Yeni Müsavat” qəzetinin müxbiri İlqar Fəraimoğlunun qabırğalarına zərbələr endirilib. Qeyd edək ki, o, üzərində “Press” yazılan jiletdə olub. Polis digər jurnalistlərin də işləməsinə maneçilik törədərək onları qaynar nöqtələrə buraxmamağa çalışıb. Bu zaman bəzi jurnalistlər fiziki təzyiqə məruz qalıb.
AXCP sədrinin müavini Gözəl Bayramlı saxlanan zaman qolunu burublar. Gözəl Bayramlı Amerikanın Səsi radiosuna bildirib ki, ona polis şöbəsində tibbi yardım göstərilməsinə imkan verilməyib.
Müsavat və Xalq Cəbhəsi Partiyasının son məlumatlarına görə, aksiya zamanı 43 nəfər AXCP, 12 nəfər Müsavat, 7 nəfər ACP, 2 nəfər ADP fəalı və 1 nəfər bitərəf saxlanıb.
Polis aksiya barədə rəsmi məlumat yaymayıb. Səbayel rayon Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsi radiosuna bildiriblər ki, növbətçi hissəyə saxlananlarla bağlı hər hansı məlumat daxil olmayıb.
Şərhlərə bax (1)
Daha çox şərh yüklə