Accessibility links

Parlamentin qarşısında etiraz [Video]


Milli Məclisin qarşısında etiraz
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Milli Məclisin qarşısında etiraz

Polis aksiyaçıları saxlayıb

Milli Məclisin qarşısında etiraz aksiyası
Milli Məclisin qarşısında etiraz aksiyası
Güclü yağış yağmasına baxmayaraq İctimai Palatanın bir qrup fəalı Milli Məclisin qarşısında parlamentin icazəsiz aksiya iştirakçılarına qarşı cərimələrin on dəfələrlə artırılmasını, inzibati və cinayət məsuliyyətinin ağırlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə etiraz olaraq aksiya keçirməyə cəhd edib.

Etirazçılar həmçinin parlamentin buraxılması və hökumətin istefası ilə bağlı da şüarlar səsləndirib.

Polis aksiyanın qarşısını alıb, iyirmiyədək etirazçı saxlanıb.

Hazırda parlamentin plenar iclası gedir. Deputatlar cəzaların sərtləşdirilməsini nəzərdə tutan “Sərbəst toplaşmaq azadlığı haqqında qanuna əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihəsini müzakirə etməlidir.
XS
SM
MD
LG