Accessibility links

Etirazçılar Bəhreyndəki ABŞ səfirliyi qarşısına toplaşmışlar


Etirazçılar Bəhreyndəki ABŞ səfirliyi qarşısına toplaşmışlar
Etirazçılar Bəhreyndəki ABŞ səfirliyi qarşısına toplaşmışlar

Bu gün Bəhreyn hökumətinə qarşı etirazçıların paytaxt Manamadakı ABŞ səfirliyi qarşısına toplaşdıqları bildirilir. Nümayişçilər Birləşmiş Ştatları ölkədə demokratık islahatların həyata keçirilməsində və Bəhreyn hökumətinə təzyiqlər göstərilməsində onlara dəstək olmağa çağırmışlar.

Bəhreyn Birləşmiş Ştatların strateji müttəfiqi və ABŞ-n 5-ci Hərbi Dəniz Donanmasının yerləşdiyi ölkədir. Artıq bir neçə həftədir ki, İran Körfəzi ölkəsinin paytaxtında müxalifət tərəfdarı olan şiələr hökumət əleyhinə etiraz aksiyaları keçirirlər.

XS
SM
MD
LG