Accessibility links

San Fransisko - ətraf mühitə ən çox qayğı göstərən şəhər


San Fransisko
San Fransisko

Şəhərlərdə ətraf mühitə qayğıkeş yanaşma şəhər siyasətinin önəmli hissəsinə çevrilərək, əhalinin həyatında çox mühüm rol oynayır. Ətraf mühitin qayğısına qalan şəhərlərdən biri də San Fransiskodur.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, bu şəhər dünyanın ən yaşıl şəhərlərindən biridir və ABŞ-da ətraf mühitə xüsusi qayğı ilə yanaşan şəhər sayılır.

Rəngli zibil qutuları
Rəngli zibil qutuları

“İllər öncə San Fransisko ABŞ-da “rəngli zibil qutuları”nı istifadəyə vermiş ilk şəhər oldu. Bu üsul tullantılardan təkrar istifadə edilməsini asanlaşdırdı. Şəhərin mükəmməl ictimai nəqliyyat sistemi, şəhər rəhbərliyinin əhalini elektriklə çalışan avtomobillərə üstünlük verməyə təşviq etməsi San Fransiskonu dünyanın ətraf mühitə ən çox qayğı ilə yanaşan şəhəri etdi”, səfirlik qeyd edir.

XS
SM
MD
LG