Accessibility links

Bakıda sürüşmə zonasında hasarlar uçur


Sürüşmə
Sürüşmə

Bakıda Badamdar qəsəbəsi-20-ci sahə avtomobil yolundakı sürüşmə zonasında gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti, yəni uçqun prosesi mütəmadi olaraq davam edir.

Bu gün yerli vaxtla saat 17 radələrində ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb. Burada uçqun tipli sürüşmə hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, həmin hasarın digər hissəsində eni 30 santimetrdən çox olan aralanma da baş verib.

Mütəxəssis hasarın aralanan hissəsində də uçqun prosesinin baş verəcəyinin istisna edilmədiyini vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG