Accessibility links

Hasarlar uçur, sürüşmə tikililərə çatır


Oktyabrın 16-da Bakının Badamdar qəsəbəsindəki sürüşmə ərazisində aktivlik bütün gecə boyu davam edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, ekspedisiya mütəxəssisləri bütün gecə müşahidələri davam etdirib.

“Dünən evlərdən birinin hasarının bir hissəsi uçmuşdu, torpaq boşalması nəticəsində bu gecə həmin hasarın qalan hissəsi uçub. Daha bir yarımtikili var idi, onun da altında torpaq boşalması baş verib, yəqin ki. yaxın saatlarda o da uçacaq. Bütünlükdə isə, sürüşmə öz təsir dairəsini genişləndirir və ərazinin qaş hissəsinə doğru irəliləyir”.

Əziz Qaralovun dediyinə görə, uçan hasar ətrafı ərazilərdə sürüşmənin miqyası get-gedə genişlənməkdədir.

Söküntülərin aparılmasına gəlincə ekspedisiya rəisi deyib ki, indki halda hər hansı kənar müdaxilə yersizdir, yalnız proses tam sabitləşdikdən sonra digər hansısa prosesləri yerinə yetirmək olar.

Badamdar-20-ci sahə yolunda sürüşmə oktyabrın 10-dan aktiv fazaya keçib, bunun nəticəsində sürüşmə zonasına yaxın 11 fərdi evin sakinləri köçürülüb. Sürüşmə prosesi davam edir.

XS
SM
MD
LG