Accessibility links

Ağacların dibinə zərərli maddə tökən şəxs saxlanılıb


Ağacın dibinə zərərli maddə tökülüb

Bakının Yasamal rayonunda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Şərifzadə küçəsində 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı üzrə Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 260.2-ci maddəısi ilə (meşələri və yaşıllıqları ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) cinayət işi başlanıb.

Zəngilan rayonundan olan məcburi köçkün Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.

XS
SM
MD
LG