ABŞ-ın Cənubi Kaliforniyanın "Anza-Borrego" səhrası heyranedici gözəlliyin nümayişi üçün hazırdır.
ABŞ-ın Azərbaycandakı səfriliyi Facebook səhifəsində bildirir ki, orada səhra boyunca yabanı güllərin çiçəklənməsi mövsümü başlayır.
Səhra San Dieqo şəhərindən 2 saat aralıdadır və orada hər il bu vaxt yabanı güllər çiçəkləyir. Lakin bu il çiçəklənmə digər illərlə müqayisədə daha möhtəşəmdir, çünki məhz bu ilin dekabr ayında səhrada çoxlu yağıntı müşahidə olunub. Bu il rekord sayda turist bu çiçəklənməni seyr etmək üçün Kaliforniyaya sayahət edir. Turist sayı o qədər çox olub ki, çiçəklənmə olan ərazidən biri "Riverside Country" müvəqqəti bağlanıb və sonra yenidən qonaqlar üçün fəaliyyəti bərpa edərək artıq həftədə 5 gün çalışır.