Accessibility links

Milli fəallar Nəsim Sadıqi və Həkimə Əhmədiyə işgəncə verilib


Həkimə Əhmədi və Nəsim Sadıqi

Hüquq müdafiəçiləri keçən günlərdə İran Azərbaycanında təhlükəsizlik qüvvələrinin nəzarət altına aldığı türk fəallar Nəsim Sadıqi və Həkimə Əhmədinin vəziyyəti ilə əlaqədar narahatlıqlarını ifadə edirlər.

Hər iki məhbusun yaxınları onların təhlükəsizlik qüvvələri tərəfindən qəddarcasına döyüldüklərinə dair məlumat veriblər.

Həkimə Əhmədinin həyat yoldaşı Məhəmmədrza Qurbani sosial şəbəkələrdə paylaşdığı bir videoda işgəncəyə məruz qalan xanımının qabırğalarının sındığını və barmaqlarından xəsarət aldığını ifadə edib.

Qurbani videoda oktyabrın 18-də Ettelaat qüvvələri tərəfindən nəzarət altına alınan həyat yoldaşının hazırda xəstəxanaya aparıldığını açıqlayıb.

“Hansı xəstəxanaya aprıldığını bizə demirlər,” məhbusun həyat yoldaşı bildirib.

Həmçinin, insan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyinə istinadən, məmurlar Nəsim Sadıqini döyərək günahlandırıldığı ittihamları qəbul etməsini tələb ediblər.

HRA agentliyi bu məlumatı məhbusun yaxınlarına istinadən verib.

Keçən həftələrdə İran Kəşfiyyat Nazirliyi və Sepaha bağlı qüvvələr İran Azərbaycanınının Təbriz, Urmiyə və Əhər kimi şəhərlərində bir çox türk fəalı nəzarət altına alıblar.

XS
SM
MD
LG