Accessibility links

Traktorsazidən qadınlara dəstək: Təbriz stadionunda türk qızların yeri boş


Keçən mart ayında kişi paltarı ilə stadiona girən Traktorsazi azarkeşləri
Keçən mart ayında kişi paltarı ilə stadiona girən Traktorsazi azarkeşləri

Oktyabrın 26-də Təbrizin Səhənd Stadionunda Traktorsazi komandasının minlərlə tərəfdarı şüarlar səsləndirərək İranda qadınların stadionlara giriş yasağına etiraz bildiriblər.

“Səhənd meydanında, türk qızların yeri boş!” şüarını səsləndirib və mahnılar oxuyan Traktorsazi azarkeşlərinin qadın-kişi bərabərliyinə verdikləri dəstək İranın müxtəlif ictima-siyasi qruplarının diqqətini cəlb edib.

Həmçinin yüzlərlə azarkeş stadionda “Azərbaycanın qızları, göylərin ulduzları, stadion yolları gözləyiri onları...” sözlərini mahnı şəklində oxuyublar.

İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Təbrizin Traktorsazi futbol komandasının azarkeşləri bundan əvvəl də şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib və “Urmiyə Gölünün qurudulmasına etiraz” ediblər.

Keçən mart ayında Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçını izləmək üçün kişi paltarına girərək stadiona girməyə çalışan iki qadın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

XS
SM
MD
LG