Accessibility links

Aİ Dərman Tənzimləyicisi gücləndirici dozanın həddindən artıq istifadəsinə qarşı xəbərdarlıq edir


Avropa İttifaqının dərman tənzimləyicisi xəbərdarlıq edir ki, COVID-19 peyvəndlərinin həddindən artıq dozası orqanizmin immun sistemini zəiflədə bilər və gücləndirici dozanın təsir qüvvəsini itirməsinə səbəb ola bilər.

Avropa Dərman Agentliyinin peyvənd strategiyasının rəhbəri Marko Kavaleri bu həftənin əvvəlində bildirib ki, gücləndirici peyvəndlər “bir və ya iki dəfə tətbiq oluna bilər, lakin bu, daim təkrarlanmalı olduğunu düşündüyümüz bir şey deyil”. Kavaleri bunun əvəzinə gücləndiricilərin illik qrip peyvəndi kimi tətbiq edilməli olduğunu söyləyib.

Kavaleri koronavirusun ortaya çıxan variantlarına qarşı əlavə qorunma təmin etmək məqsədilə iki dozalı COVID-19 peyvəndinin dördüncü dozasının tətbiq edilməsinə qarşı çıxan sağlamlıq mütəxəssisidir.

İngiltərənin Sağlamlıq Təhlükəsizliyi Agentliyi keçən həftə insanların dördüncü dozanı tətbiq etməsinə "dərhal ehtiyac olmadığını" söyləyib, çünki mövcud gücləndirici doza yaxşı səviyyədə qorunma təmin edir. Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bildirib ki, daha yoxsul ölkələrə ilk dozanın verilməsi, daha zəngin dövlətlərin gücləndirici doza təklif etməsindən daha yüksək prioritetdir.

Çində mərkəzi Şian şəhərinin səlahiyyətliləri kritik xəstələrin müalicəsini bir neçə dəfə rədd etdiklərinə görə, iki xəstəxananın müvəqqəti bağlanmasını əmr edib. Gaoxin Xəstəxanasının işçiləri etibarlı COVID-19 testi olmadığı üçün hamilə qadını qəbul etməkdən imtina etdikdən sonra qadın uşağını itirib. Eyni zamanda bir qadın sosial şəbəkədə atasının Şian Beynəlxalq Tibb Mərkəzində müalicə olunmamasından sonra ürək xəstəliyindən öldüyünü yazıb.

Dünyaca məşhur Terrakotta ordusu heykəllərinin vətəni, 13 milyon əhalisi olan şəhər koronavirusun delta variantının yaratdığı COVID-19 dalğası səbəbilə dekabr ayından bəri ciddi karantin protokolları altındadır. Sadəcə vacib işləri olanvə ya test olunmaq üçün evdən çıxmağa icazə verilir. Bu da kütləvi reaksiyaya səbəb olub.

Fransadakı bütün müəllimlərin ən azı dörddə üçü cümə axşamı hökumətin təhsil işçiləri və tələbələr üçün uyğun olmayan COVID-19 sağlamlıq protokollarına etiraz etmək üçün sinif otaqlarını tərk edib.

Fransanın ən böyük müəllimlər birliyi, SNUipp-FSU, tətilin "məktəblərdə artan ümidsizliyi nümayiş etdirdiyini" söylədi, çünki hökumət bir həftə ərzində koronavirus testi qaydalarında üç dəyişiklik etdi. Müəllimlər də yüksək qoruyucu maskaların və havanın keyfiyyətinə nəzarət edən cihazların olmamasından qəzəblənirlər.

Ayrıca, Fransanın turizm naziri cümə günündən etibarən İngiltərədən gələn səyahətçilərə qoyulan məhdudiyyətləri yumşaldacağını söyləyib. Tamamilə peyvənd olunmuş ziyarətçilərdən Fransaya gəldikdən sonra karantinə girmələri tələb olunmayacaq, nə də Fransaya səyahət etmək üçün tutarlı səbəb təqdim etməli olmayacaqlar, lakin səfərdən öncəki 24 saat ərzində mənfi COVID-19 testinin sübutunu göstərməli olacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG