Accessibility links

Aİ rəsmisi blokun Ukraynanın namizəd statusunu dəstəkləyəcəyindən əmindir


Avropa Şurasının sədri Şarl Mişel Aİ liderlərinin cümə axşamı Ukraynaya namizəd statusunun verilməsinin lehinə səs verəcəyinə əmin olduğunu bildirib.

Brüsseldə toplaşan Aİ liderləri Rusiyanın Ukraynadakı müharibəsinin qlobal ərzaq təhlükəsizliyinə təsirini, habelə Aİ-nin Ukraynaya əlavə iqtisadi, hərbi və humanitar dəstəyini müzakirə etməyə hazırlaşırdılar.

Avropa Komissiyası ötən həftə Ukrayna və onun kiçik qonşusu Moldovaya Aİ-yə namizəd statusunu tövsiyə edib.

Namizədlik statusu 27 üzvlü qrupa qoşulmaq üçün atılan ilk addımdır. Ukrayna siyasi və iqtisadi şərtlərə - məsələn, demokratik prinsiplər üzrə standartlara cavab verməlidir. Diplomatlar deyirlər ki, bu prosesi başa çatdırmaq on il çəkə bilər.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa gecə saatlarında etdiyi videomüraciətində çərşənbə günü Avropa İttifaqının 11 lideri ilə Ukraynanın namizədliyi ilə bağlı danışdığını və cümə axşamı daha çox zənglər edəcəyini bildirib. Bundan əvvəl o, Aİ-yə daxil olmaq üçün nikbinliyini ifadə edərək, 27 Aİ ölkəsinin hamısının Ukraynanın namizəd statusunu dəstəkləyəcəyinə inandığını bildirib.

Rusiyanın Ukraynanın şərqindəki Donbas bölgəsinə "kütləvi hava və artilleriya zərbələri" endirdiyini deyən Zelenski Rusiyanın məqsədinin "bütün Donbası addım-addım məhv etmək" olduğunu bildirib.

Ukrayna lideri öz qüvvələrinin Rusiyadan olanlarla uyğunlaşmasına kömək etmək üçün silah tədarükünü sürətləndirməyə çağırıb.

Xarkiv vilayətinin qubernatoru Oleq Sinequbov çərşənbə günü bildirib ki, Xarkivin yaşayış məhəllələri və ya regionun digər şəhərləri atəşə tutulmaqda davam edir.

"Rusiya işğalçıları tərəfindən mülki əhalinin atəşə tutulmasında heç bir fasilə yoxdur. Bu, Rusiya qüvvələrinin təzyiq altında geri çəkildiyi Çerniqiv və ya Kyivdəki kimi ssenarinin gözlənilməməsinin sübutudur" - deyə, o, Telegramda paylaşıb.

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç videomüraciətində bildirib ki, Rusiya qüvvələri Xarkivi əhalini məhv etmək məqsədi ilə vurur və Ukraynanı qoşunların istiqamətini dəyişdirməyə məcbur edir.

XS
SM
MD
LG