Accessibility links

Cozep Borrel Kyivdə səfərdədir


Avropa İttifaqının xarici işlər idarəsinin rəhbəri Cozep Borrel çərşənbə axşamı Kyivə səfəri zamanı Avropa İttifaqının Ukraynaya “sarılmaz” hərbi və maddi dəstəyini müzakirə edəcəyini bildirib.

Səfər Aİ Ukrayna üçün dörd illik 54 milyard dollarlıq yardım paketini təsdiq edəndən bir neçə gün sonraya təsadüf edir.

Borrel deyib ki, o, Kyivdəki görüşlərdən həm də Ukraynanın Aİ-yə üzvlük istiqamətində çalışdığı bir vaxtda ölkədə islahatlar barədə danışmaq üçün istifadə edəcək.

Çərşənbə axşamı həmçinin Beynəlxalq Atom Enerjisinin başçısı Rafael Qrossi də Ukrynaya səfər edib. Onun Zaporijye atom elektrik stansiyasını ziyarət edəcəyi planlaşdırılıb.

Qrossi deyib ki, o, rəsmilərlə danışıqlar aparacaq və Ukraynanın Rusiyanın nəzarəti altında olan bölgəsində “hələ də həssas olan nüvə təhlükəsizliyi və obyektdəki təhlükəsizlik vəziyyətini” qiymətləndirəcək.

BAEA obyektdəki nüvə yanacağının təhlükəsizliyi ilə bağlı narahatlıqlardan əlavə, orada çalışan işçilərin sayının azaldılması barədə də narahatlığını ifadə edib.

Zaporijye Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Yeni hücumlar

Ukrayna rəsmiləri çərşənbə axşamı bildirib ki, Rusiyanın Ukraynanın şimal-şərqinə endirdiyi raket zərbəsi nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Xarkiv bölgəsinin qubernatoru Oleq Sinequbov bildirib ki, iki S-300 raketi Zoloçiv şəhərində üçmərtəbəli oteli dağıdıb.

Rusiyanın müdafiə nazirliyi Ukrayna ilə sərhəddə yerləşən Belqoron bölgəsi üzərində Ukraynanın yeddi dronunu məhv etdiyini bildirib.

Bölgə qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib ki, vurulan dronların qalıqları, Qubkin və Volokonova daxil olmaqla, bir neçə şəhərdə bəzi binalara ziyan burub.

Forum

XS
SM
MD
LG