Avropa Komissiyasının sədri Ursula von der Leyen cümə axşamı bu qış təcili humanitar ehtiyaclarını ödəmək üçün Ukraynaya 180 milyon dollar məbləğində yardım veriləcəyini bildirib. Bu məbləğın təxminən 111 milyon dolları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir olacaq.
Rusiya Ukraynanın təxminən 9 giqavatlıq (GVt) enerji infrastrukturunu sıradan çıxarıb. Von Der Leyenin dediyinə görə, bu, "üç Baltikyanı ölkənin enerji ekvivalenti" deməkdir.
Maliyyə inyeksiyalarından əlavə, Avropa İttifaqı Ukraynaya zədələnmiş infrastrukturu bərpa etməyə yardım edəcək. Beynəlxalq Enerji Agentliyi cümə axşamı bildirib ki, Ukrayna bu qış elektrik enerjisinə tələbatın pik həddə çatması fonunda 6 giqavat (GVt) çatışmazlıqla üzləşə bilər.
Ukraynada qoyulması üçün Litvadakı yanacaq elektrik stansiyası söküləcək. Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı Ukraynanın istilik elektrik stansiyalarının 80%-i məhv edilib. Ölkədəki su elektrik stansiyalarının üçdə biri də istismardan çıxıb.
"Biz 2,5 GVt gücü bərpa etməyi qarşıya məqsəd qoymuşuq ki, bu da Ukraynanın tələbatının 15%-ni təşkil edir" - deyə, Leyen bildirib.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Avropa İttifaqının Ukraynanı 2 GVt elektrik enerjisi ilə təmin etmək üçün ixracı artıracağını bəyan edib.
Forum