Accessibility links

Aİ gələn ay Ukraynanın üzvlük müraciəti ilə bağlı rəy verəcək


 Avropa Komissiyasının sədri Ursula fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa Komissiyası gələn ay Ukraynanın Aİ-yə üzvlüklə bağlı müraciətinə cavab verəcək. Bu, 27 üzv dövlətin məsələni müzakirə etməsindən əvvəl mühüm addımdır.

Von der Leyen mayın 9-da Tvitter hesabında yazıb ki, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb və Ukraynanın üzvlük sorğusunu cavablamağı səbirsizliklə gözləyir.

"Aİ Komissiyası öz rəyini iyun ayında çatdırmağı hədəfləyəcək"- deyə, o əlavə edib.

Daha sonra o, Strasburqda Avropa Parlamentində bildirib ki, Avropanın gələcəyi həm də "Ukraynanın gələcəyidir".

Zelenski aprelin 18-də Ukraynanın Aİ-yə namizəd statusu əldə etməsi ilə bağlı doldurulmuş sorğu anketini blokun ölkəsindəki yüksək vəzifəli rəsmisinə təqdim edib və hazırda sənəd araşdırılır.

Ukraynaya rəsmi namizəd statusunun verilməsi komissiyanın ekspert məsləhəti əsasında fəaliyyət göstərən blokun üzvləri tərəfindən həll olunacaq.

Namizəd kimi təsdiq olunarsa, Ukrayna ciddi demokratik və qanunun aliliyi standartlarına cavab verən mürəkkəb və potensial uzunmüddətli üzvlük prosesindən keçməli olacaq.

Rusiyanın Ukraynaya səbəbsiz müdaxiləsi qarşısında Aİ rəsmiləri üzvlük prosesini mümkün qədər sürətləndirməyə çalışacaqlarını bildirib.

XS
SM
MD
LG