Accessibility links

Avropa İttifaqı - Azərbaycan biznes forumu keçiriləcək


Malena Mald
Malena Mald

Mayın 17-18-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O, Azərbaycan və Avropa İttifaqı arasında readmissiya və viza rejiminin sadələşdirilməsi barədə imzalanmış sazişlərdən danışıb.

“Bununla hər iki tərəf müəyyən qrup insanların hərəkətinin asanlaşdırılmasında maraqlı olduğunu nümayiş etdirib. Mən bu planda böyük potensial görürəm. Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və investorudur. Biz də biznesmenlərimiz üçün viza məsələlərini asanlaşdırmalıyıq ki, onlar görüşlər keçirə bilsinlər. Bu mənada mayın 17-18-də Bakıda Aİ-Azərbaycan biznes forumu təşkil etməyi planlaşdırırıq. Bu, mühüm hadisə olacaq. Biz forumda Aİ və Azərbaycan arasında ticarət əlaqələri və investisiyaların hansı yollarla artırılmasının mümkünlüyünün istiqamətlərini müəyyənləşdirəcəyik”, M.Mard qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG