Accessibility links

Avropa İttifaqı və Azərbaycan işçi qrupu danışıqlar keçirib


Dirk Şubel
Dirk Şubel

Son iki gündə Bakıda Azərbaycan hökuməti və Avropa İttifaqının nümayəndələri arasında ikitərəfli işçi qrupun (Subcommittee) iclası çərçivəsində danışıqlar keçirilib. Danışıqlarda qanunun aliliyi, insan hüquq və azadlıqları, demokratiya, təhlükəsizlik məsələləri müzakirə olunub. Bu, son iki il yarım ərzində ilk iclas idi. Bu barədə jurnalistlərlə söhbətində Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı üzrə şöbə müdiri Dirk Şubel bildirib.

"Biz əməkdaşlığı bərpa edə bildiyimizə görə çox məmnunuq və işçi qrupun fəaliyyəti ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət daşıyır”, deyə o bildirib.

İki həftə əvvəl ticarət məsələləri üzrə qrupun, daha sonra insanlar arasında əlaqələr üzrə qrupun (Subcommittee on people to people contacts) iclası olduğunu xatırladan Şubel qeyd edib ki, gələcəkdə energetika, ekologiya və nəqliyyat məsələləri üzrə qrupun iclası keçiriləcək.

Baş tutan danışıqlar çox intensiv və konstruktiv olub. Çoxsaylı məsələlər üzrə fikir mübadiləsi aparılıb. Bütün məsələlər üzrə razılıq əldə etmək mümkün olmasa da, atmosfer kifayət qədər pozitiv idi, deyə Şubel qeyd edib.

Onun sözlərinə görə, bütün bu danışıqlar Azərbaycan-Aİ tərəfdaşlığı haqqında sazişin imzalanması üzrə ikitərəfli razılaşmalar çərçivəsində aparılır.

Bütün bu məsələlər üzrə ortaq mövqelərin işlənib hazırlanması və razılıq əldə olunması Bakı və Brüssel arasında gələcək tərəfdaşlıq sazişinin bəndlərini razılaşdırmağa imkan verəcək, sonradan bu saziş Aİ-nin müxtəlif səviyyələrində təsdiq olunmalıdır.

Turan-ın müxbirinin insan hüquqları və demokratiya məsələlərinin gündəlikdə qalıb-qalmadığı barəsində sualına Brüssel nümayəndəsi təsdiqedici cavab verib.

“İnsan hüquq və azadlıqlarına hörmət məsələləri açıq şəkildə müzakirə olunub. Biz istisnasız olaraq narahatlığımıza səbəb olan bütün məsələlərə toxunduq. Bu məsələlərin müzakirəsi səviyyəsindən razıyam”, deyə Şubel bildirib.

Diplomat hökumətin qərarı fonunda Transadriatik boru kəməri layihəsinin taleyi haqqında suala birbaşa cavabdan yayınıb, problemin həlli bütün cəlb edilmiş tərəflərin, ilk növbədə TAP layihəsi iştirakçılarına, habelə İtaliya və Azərbaycan hökumətlərinə aiddir.

“Mən nikbin əhval-ruhiyyədəyəm və hesab edirəm ki, bütün problemlərin həlli tapılacaq və Azərbaycan qazı, əvvəlcədən də planlaşdırıldığı kimi, 2020-ci il yanvarın 1-də Avropa İttifaqı ərazisinə daxil olacaq”, deyə Dirk Şubel qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG