Accessibility links

Almaniya Şengen zonasının təhlükədə olduğu barədə xəbərdarlıq edir


İsveç və Danimarka qaçqın axınının qarşısını almaq üçün yeni sərhəd qanunları təqdim etdikdən sonra bu gün Almaniya pasportsuz səyahət edilən Şengen zonasının təhlükə qarşısında olduğu barədə xəbərdarlıq edib.

Son 50 ildə ilk dəfədir ki, İsveçlə Danimarka arasında səyahət edənlər ölkəyə daxil olan zaman pasport göstərməli olacaqlar.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şifer deyib ki, Avropa Birliyinin ən böyük nailiyyətlərindən biri azad hərəkət prinsipidir. O, bunu Danimarkanın Almnaniya ilə sərhədinə müvəqqəti nəzarət tətbiq edəcəyini bəyan etməsindən sonra deyib.

Danimarkanın baş naziri Lars Lokke Rassmussen isə deyib ki, digər Şimali Avropa ölkələrinin əməlləri onun ölkəsinə siyasi sığınacaq üçün müraciət edən qaçqınların sayını artlırır.

İsveçin qəbul etdiyi yeni qanuna əsasən Danimarkadan ölkəyə daxil olan insanlar şəkilli şəxsiyyət vəsiqəsi təqdim etməlidir.

Yaxın Şərqdən Avropaya axışan qaçqınlar qitədə görünməmiş miqrant böhranı yaradıb.
Yaxın Şərqdən Avropaya axışan qaçqınlar qitədə görünməmiş miqrant böhranı yaradıb.

İsveç bu tədbiri təminat sistemi yaxşı olduğu üçün bu ölkəyə can atan sənədsiz miqrantların axınını dayandırmaq üçün həyata keçirir. Yeni tədbir keçən il 160 min qaçqını qəbul edən ölkənin miqrant siyasətinə son qoyması deməkdir.

Qonşu Danimarka isə cəmi 18 min qaçqın qəbul edib.

Son 50 ildə ilk dəfədir ki, İsveçlə Danimarka arasında səyahət edənlər ölkəyə daxil olan zaman pasport göstərməli olacaqlar.

XS
SM
MD
LG