Accessibility links

Avropa maska mandatına qayıdıb


İtaliya COVID-19 epidemiyası başlayanda maska taxlb-taxmamaqla bağlı debatda qəti şəkildə maska taxmağı seçdi. İndi Avropada pandemiyanın bir zamanlar episentri olan İtaliya ümid edir ki, daha da sərt maska qaydaları ölkədə son infeksiya artımını dəf etməyə yardım edəcək.

Digər ölkələr də oxşar addımlar atır. Belə ki, daha çox ötürülə bilə, lakin görünür daha az təhlükəli omikron variantı qitədə sürətlə yayılır.

İtaliya xəstəxanalarının reanimasiya şöbələri əsasən peyvənd olunmamış COVID-19 xəstələri ilə dolu olduğu üçün hökumət Milad bayramı ərəfəsində insanlara parça və ya cərrahi maskalardan daha çox qoruyan FFP2 maskalarını təyyarələr, qatarlar, bərələr və metrolar da daxil olmaqla, ictimai nəqliyyatda taxmalı olduqlarını bəyan edib.

Bu göstəriş İtaliyadakı bütün sərnişinlərin bu həftədən etibarən peyvənd olunmalı və ya bu yaxınlarda COVID-19-dan sağalmaları olduqlarına baxmayaraq verilib. FFP2 maskaları indi teatrlarda, kino-teatrlarda, idman tədbirlərində, qapalı və ya açıq yerlərdə və hətta yeyib-içmək üçün belə çıxarıla bilməz.

İtaliya açıq havada maska taxmaq mandatını yenidən tətbiq edib. Ölkə hətta yayda, infeksiyalar kəskin şəkildə azaldıqda belə qapalı yerlərdə maska mandatını qaldırmamışdı.

İspaniya açıq havada maska qaydasını Milad ərəfəsində bərpa etdi. Oktyabrın ortalarında ölkədə yoluxma nisbəti hər 100 min nəfərə 40 nəfər olduğu halda, son 14 gündə yoluxma nisbəti hər 100 min nəfərə 2 722-yə yüksəldikdən sonra Baş nazir Pedro Sançezdən açıq havada maska mandatının kömək edib-etmədiyini soruşduqda o, “Əlbəttə elədir. Bunu mən demirəm. Bunu elm deyir, çünki bu nəfəs aldıqda yoluxan bir virusdur" deyib.

Portuqaliya əhalinin 86%-ni peyvənd etmək məqsədinə çatdıqdan və maskaya ehtiyacı əhəmiyyətli dərəcədə azaltdıqdan sonra noyabrın sonunda yenidən maska mandatına qayıdıb.

İctimai nəqliyyatda və qapalı ictimai yerlərdə FFP2 və ya ikiqat cərrahi maskaların taxılmasını tələb edən Yunanıstan açıq havada da maska mandatını bərpa edib.

Bu həftə Hollandiya hökuməti epidemiyanın qarşısını almaq üçün restoranlar, muzeylər, teatrlar və qapalı idman tədbirləri kimi ictimai yerlərdə 13 yaşdan yuxarı insanlara maska taxmağı tövsiyə edib. Həmin yerlər hazırda azı cümə gününə qədər karantin altındadır. Fransada açıq havada maska mandatı Paris də daxil olmaqla, bir çox şəhərdlərdə dekabr ayında qismən bərpa edilib. Uşaqların ictimai yerlərdə maska taxmağa başlama yaşı 11-dən 6-ya endirilib.

Avstriya kansleri Karl Nehammer keçən həftə "insanlar azı 2 metr məsafə saxlaya bilmirlərsə, açıq havada FFP2 maskaları taxmalıdırlar" deyib.

XS
SM
MD
LG