Accessibility links

Avropa Birliyi avronun sabitləşdirilməsi məqsədilə 960 milyard dollarlıq paket ayırır


960 milyard dollarlıq yardım paketinin məqsədi Yunanıstanda kredit böhranının qarşısını almaq və avrodan istifadə edən digər Avropa ölkələrində maliyyə böhranına yol verməməkdən ibarətdir

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu kredit böhranının qarşısını almaq və avronun sabitləşdirilməsi məqsədilə 1 trilyona dollara yaxın vəsait ayırır.

Bu gün Avropa Birliyinin maliyyə nazirlərinin sabitləşdirmə paketi haqda razılığa gəlməsi keçən həftə böyük itkilərdən sonra birjalarda səhmlərin qalxmasına səbəb olub. London və Frankfurtun birjalarında günortaya yaxın qiymətlər 4 faiz, Fransada isə 8 faiz qalxmışdır.

960 milyard dollarlıq yardım paketinin məqsədi Yunanıstanda kredit böhranının qarşısını almaq və avrodan istifadə edən digər Avropa ölkələrində maliyyə böhranına yol verməməkdən ibarətdir.

Maliyyə vəsaitinin böyük hissəsi Avropa Birliyi tərəfindən ayrılır, qalan hissə isə Beynəlxaq Valyuta Fondunun payına düşür. Britaniya, Kanada, İsveçrə və Birləşmiş Ştatların mərkəzi bankları da Avropa bazarlarında gərginliyi azaltmaq məqsədilə kredit ayıracaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG