Accessibility links

Con Kerri anti-korrupsiya sammitində iştirak etmək üçün Avropaya səfər edir


Birləşmiş Ştatların dövlət katibi Con Kerri bir neçə ölkənin rəsmilərilə görüşmək və anti-korrupsiya sammitində iştirak etmək üçün bu gün Avropaya 4 günlük səfərə çıxır.

Britaniyanın baş naziri David Kameronun ev sahibliyi edəcəyi sammit işinə cümə axşamı başlayacaq. Sammitdə iştirak edən dövlət başçıları arasında Əfqanıstan, Kolumbiya və Nigeriyanın liderləri də olacaq.

Qlobal korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş sammit ofşor şirkətlərində payı olanlar arasında Kameronun da adının çəkildiyi Panama Sənədlərinin açıqlanmasından bir neçə həftə sonraya təsadüf edir. Lakin cənab Kameron heç bir səhv iş görmədiyini və bazar ertəsindən başlayaraq bir çox dövlət başçılarının adı çəkilən Panama Sənədlərinin ictimaiyyətə açıq olacağını deyib.

Cənab Kameron korrupsiyanın dünyada baş verən problemlərə səbəb olduğunu deyib və onu inkişafın düşməni adlandırıb.

XS
SM
MD
LG