Accessibility links

Aİ Ukrayna və Moldovanın təşkilata qoşulması, Gürcüstanın üzvlüyə namizədliyi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib


Avropa Şurasının rəhbəri Şarl Mişel
Avropa Şurasının rəhbəri Şarl Mişel

Avropa İttifaqına üzv ölkələrin liderləri Ukrayna və Moldovanın təşkilata qoşulması, həmçinin Gürcüstana ittifaqa üzvlüyünə namizədlik statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. Bu barədə məlumatı Avropa Şurasının rəhbəri Şarl Mişel verib.

Avropa Şurasının rəhbəri Ukrayna, Moldova və Gürcüstanla bağlı qərarlara əlavə olaraq, Avropa İttifaqının Bosniya və Herseqovinanın da üzvlüklə bağlı danışıqlara "üzvlük meyarlarına uyğunluq səviyyəsinə çatan kimi" başlanmasına razılıq verildiyini bildirib.

Dekabrın 14-15-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində avropalı siyasətçilər Ukraynaya növbəti 4 il üçün 50 milyard avroluq fondun təsdiqi də daxil olmaqla, bir sıra qərarlar qəbul etməlidir.

"Bu, Ukraynanın qələbəsidir. Bütün Avropanın qələbəsidir. Bu, həvəsləndirən, ruhlandıran və gücləndirən bir qələbədir" - deyə, Zelenski keçmiş Twitter olan X səhifəsində bildirib.

Bu qərar Macarıstanın baş naziri Viktor Orbanın həftələrlə Ukrayna ilə bağlı danışıqlarda irəliləyişin qarşısını alacağını vəd etməsinə baxmayaraq qəbul edilib.

Orban belə bir "pis qərarın" qəbul edilməsində iştirak etmək istəmədiyini deyərək, səsvermədə bitərəf qalıb. O, Ukrayna və Moldovanın üzvlüklə bağlı danışıqları təsdiq etməyən tək lider olub.

Orban Ukrayna ilə danışıqlara qarşı olma səbəbinin Ukraynanın üç şərti yerinə yetirməməsi ilə əsaslandırıb. Lakin o, həmin şərtlərin nədən ibarət olduğunu açıqlamadan, "Hazırda Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara ehtiyac yoxdur" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG