Accessibility links

Eurovision 2012-nin qalibi Lorindir


İsveç müğənnisi Azərbaycanda insan haqlarının pozuntusuna etiraz edən yeganə müsabiqə iştirakçısı idi

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 mahnı müsabiqəsinin qalibi İsveç müğənnisi Lorin olub. O, 372 səs toplayıb.

Bir neçə gün öncə Lorin Bakıda insan haqları fəalları ilə görüşməklə Azərbaycan rəsmilərini qəzəbləndirmişdi. Müxalifət tərəfdarları İlham Əliyev hökumətini Eurovision yarışının keçiriləcəyi ərazidə evləri sökərək sakinləri məcburən evlərindən çıxarmaqda ittiham edib.

Lorin (Loreen) 1983-cü il, oktyabrın 16-da Stokholmda doğulub. Əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən Mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin Milli Seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb. O, Baknın "Crystal Hall" musiqi sarayında "Euphoria" mahnısı ilə Eurovision-2012-nin qalibi olub.

Səsvermənin nəticələrinə görə, Azərbaycan 4-cü yeri tutub.

İlk onluqda daxil olan ölkələr isə bunlardır:

1. İsveç
2. Rusiya
3. Serbiya
4. Azərbaycan
5. Albaniya
6. Estoniya
7. Almaniya
8. Türkiyə
9. İtaliya
10. İspaniya

XS
SM
MD
LG