Accessibility links

Eurovision-2012 mahnı musabiqəsi dövründə viza rejimi sadələşdirilib


Eurovision-2012 mahnı musabiqəsi dövründə viza rejimi sadələşdirilib
Eurovision-2012 mahnı musabiqəsi dövründə viza rejimi sadələşdirilib

Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Bakı beynəlxalq hava limanlarında viza ala bilər.

Prezident İlham Əliyev Eurovision-2012 mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar viza prosedurlarının sadələşdirilməsi haqqında fərman imzalayıb.

Sənəddə deyilir ki, Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Bakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək.
- “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;

- Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
- “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Fərmana görə, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək, akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək viza üçün müraciət edə bilər.

“Eurovision–2012” mahnı müsabiqəsi mayın 22, 24 və 26-da Bakıda keçiriləcək. Müsabiqədə 43 ölkənin iştirak edəcək. Müsabiqəni izləmək üçün 1600-1700 jurnalistin və on minlərlə turistin Bakıya gələcəyi gözlənilir.

XS
SM
MD
LG