Accessibility links

Eurovizion 2012 mahnı müsabiqəsinin rəmzi açarı Bakı merinə təqdim edilib


Eurovizion 2012 mahnı müsabiqəsinin rəmzi açarı Bakı merinə təqdim edilib
Eurovizion 2012 mahnı müsabiqəsinin rəmzi açarı Bakı merinə təqdim edilib

Müsabiqənin püşkatması da keçirilib

Yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edən Bakıda layihənin ilk geniş mərasimi keçirilib. Tədbirdə Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin hansı yarımfinalda çıxış edəcəyini müəyyən edən püşkatma və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olub.
Eurovision 2011-də ev sahibliyi etmiş Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elbers Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı Eurovision 2012-yə ev sahibliyini beynəlxalq auditoriya qarşısında təntənəli şəkildə qəbul edib.
Tədbirdə həmçinin qaydalara uyğun olaraq yarımfinallarda iştirak edəcək 37 ölkənin hansı yarımfinalda çıxış edəcəyini müəyyən edən püşkatma keçirilib. Həmçinin Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ötən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunub.
Püşkatmanın nəticələri belədir:
22 May 2012-ci ildə Birinci Yarımfinalda iştirak edən 18 ölkə: Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San-Marino, İsrail, İrlandiya və Macarıstan,
22 May 2012-ci ildə İkinci yarımfinalda iştirak edəcək ölkələr:
Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Hersoqovina
26 May 2012-ci ildə birbaşa Final mərhələsində iştirak edən ölkələr: Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Azərbaycan (qalib ölkə kimi).
Eurovision mahnı müsabiqəsi Bakı şəhərində dəniz kənarında Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da sarayında keçiriləcək. Bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.
Yeni tikilməkdə olan “Baku Crystal Hall” sarayında 23 000 tamaşaçı yeri olacaq. 16 min tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcək.

Mövzuya uyğun

XS
SM
MD
LG