İsveçin Stokholm şəhərində keçirilən “Eurovision 2016” mahnı müsabiqəsinin birincisi Ukrayna təmsilçisi, Krım tatarı Camala olub. O, Krım tatarlarının deportasiyasına həsr olunmuş “1944” mahnısını ifa edərək, 534 xalla birincilik əldə edib. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xal toplayaraq müsabiqədə 14 yeri tutub.
Rusiya və İsveç Azərbaycana 10 xal verib.
Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan və Makedoniya -1, Kipr və Belarus -2 xal, Ukrayna və Macarıstan – 7 xal verib (44 bal).
Tamaşaçı səsverməsi Azərbaycana əlavə 73 xal gətirib.
Azərbaycan təmsilçisi Səmra Rəhimli müsabiqədə 117 xal toplayıb.
Beləliklə Azərbaycan 17-ci yerdə qərarlaşıb.
Azərbaycan isə 8 balı Bolqarıstana, 10 balı Ukraynaya, 12 balı isə Rusiyaya verib.
Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla “Eurovision 2016” mahnı müsabiqəsinin ilk üçlüyündə yer alıb.
İsveçdə keçirilən 2016-cı il Eurovision Mahnı Müsabiqəsində nəticələr belə olub:
1) Ukrayna - 534
2) Avstraliya - 511
3) Rusiya - 491
4) Bolqarıstan - 307
5) İsveç - 261
6) Fransa - 257
7) Ermənistan - 249
8) Polşa - 229
9) Litva - 200
10) Belçika - 181
11) Hollandiya – 153
12) Malta - 153
Builki Eurovision yarışında qiymətləndirmə fərqli sistemlə həyata keçirilirdi. Ölkələrin Eurovision yarışı klubunun üzvü olan ictimai televiziyalarından olan peşəkar münsiflərin səsi ayrıca hesablanırdı. Dolayısı ilə bunu ölkələrin rəsmi televiziya məmurlarının verdiyi səs kimi qiymətləndirmək olardı.
Bu səsvermənin nəticəsi olaraq birinci yerdə Avstraliya idi.
İsveçdə keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2016” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq “Miracle” mahnısını səsləndirib.
Beləliklə, “Eurovision 2017” yarışması Ukraynada baş tutacaq.