Accessibility links

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb


İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

“Dare to Dream” ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb.

Yarışın qaydasına uyğun olaraq Niderland 2020-ci ildə “Eurovision” mahnı yarışmasına ev sahibliyi edəcək.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya təmsilçisi ikinci, Rusiya sənətcisi isə üçüncü olub.

Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” ( Həqiqət) mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

2012-ci ildə “Eurovision ” beynəlxalq mahnı müsabiqəsinə Azərbaycan ev sahibliyi etmişdi. 2011-ci ildə Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal “ Running Scared” ( Ürküb qaçan) mahnısı ilə bu yarışın qalibi olmuşdular.

XS
SM
MD
LG