Accessibility links

Amerikada ev alıcılarının 6 faizini xaricilər təşkil edir [Video]


Amerikada ev alıcılarının 6 faizini xaricilər təşkil edir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Amerikada ev alıcılarının 6 faizini xaricilər təşkil edir

Zəngin insanları həmişə yatırım maraqlandırıb. Bəziləri bu investisiyanı ABŞ-da ev almaqla həyata keçirir. Amerikada ev alıcılarının 6 faizini xaricilər təşkil edir.

Çinlilərin fenq şui anlayışı skeptiklər tərəfindən mövhumat kimi qiymətləndirilsədə, bir çoxları üçün bu, sağlamlıq və nailiyyət rəmzidir. Katay Uiks ABŞ-da ev alarkən bu inancın elementlərini axtarıb.“Mən işıqlı ev axtarırdım. Böyük olmasa da olardı, amma parlaqlıq olmalı idi.”

Uiksin dediyinə görə, Amerikanın böyük şəhərlərində ev almaq istəyənlərin sayı artıb. Trulia.com-un baş iqtisadçısı Ced Kolko: “ABŞ-ın bəzi bölgələrində xaricdən tələbat böyükdür. Bu isə öz növbəsində qiymətləri yüksək saxlayır. Los Anjeles, Mayami və Nyu-Yorkda bunun təsiri hiss edilir.”

Los Anjelesdən ev alqı-satqısı üzrə ekspert Angela Uonq deyir ki, ötən il onun çinli müştərilərinin sayı 30 faiz artıb.“Bir çox çinli uşaqlarının təhsili üçün Amerikada ev alır. Bu, birinci səbəbdir. İkinci səbəb isə onların Amerikaya mühacir etmək arzusudur.”

ABŞ-da ev alan çinlilərin yarısı Los Anjelesə üstünlük verir. Kaliforniyanın İrvin bölgəsində yeni evlər inşa edən Emil Haddadın dediyinə görə, bu bölgədə potensial alıcı çinlilərdir. “Biz feng şuini hər yerə salmağa çalışmışıq. Hətta keçələrə ad verərkən onların mövhumata uyğun olması üçün məsləhətlər almışıq.”

Lakin ev alan yalnız çinlilər deyil. ABŞ-da ev sahəsinə yatırımlar edənlər 68 ölkə vətəndaşlarıdır. Ev alqı-satqısı ilə məşğul olan Şannon Millerin dediyinə görə, xaricilərin evləri nağd pula alması, nağd pula malik olmayan yerlilərlə onlar arasında güclü rəqəbət yaradıb.“Bir çoxları ənənəvi ipoteka yolu ilə ev almağa çalışır. Nağd pul verənlər onlara mane olur.”

Amerikada ev almaq insanları EB-5 vizası ilə təmin edir. ABŞ-da müəyyən məbləğdə yatırım edənlər həm də ev sahibi olur. Iqtisadçılar evlərin qiymətinin artmaqda davam edəcəyini pronozlaşdırır. Onlar gəlir əldə etməyə çalışan xarici investorların yaxın zamanda evlərini satacağını düşünmür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG