Accessibility links

Bakıda doqquzmərtəbəli bina yanıb [Video & Fotoqalereya] (Yenilənib)


Yanğın
Yanğın

Xəsarət alan yoxdur, sakinlər evakuasiya edilib

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Yanğın axşam saatlarında tam söndürülüb.

***

Bakı şəhəri, Xətai rayonu, Zıx şossesində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Bakıda doqquzmərtəbəli ev yanıb
please wait

No media source currently available

0:00 0:00:19 0:00

Amerikanın Səsinin müxbiri hadisə yerindən bildirir ki, yerli vaxtla saat 22.15-də hələ yanğın tam söndürülməyib. Binanın bütün sakinləri evakuasiya olunub. Xəsarət alan yoxdur. Binanın fasad hissəsi, bir neçə mənzil və balkonlar yanıb.

Güclü külək yanğınsöndürmə işlərinə ciddi maneə olur.

Hazırda yanğının söndürüllməsi istiqamətində işlər davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG