Accessibility links

Ukrayna bildirir ki, Rusiya qoşunları atəşkəsə məhəl qoymadığı üçün evakuasiya planları dayandırılıb


Ukrayna rəsmiləri Moskvanın humanitar dəhlizlərin yaradılmasına dair ortaq razılığa əsasən Mariupol və Volnovaxa ətrafında atəşkəs elan etdiyini iddia etməsinə baxmayaraq Rusiya qoşunlarının atəş açmağa davam etməsi səbəbilə mühasirəyə alınan bu iki şəhərdə mülki vətəndaşların evakuasiya planını dayandırıb.

Ukraynanın cənubunda strateji Mariupol şəhərinin rəsmiləri sosial media hesablarında bildirib ki, “Rusiya tərəfi atəşkəsə əməl etmədiyi və həm Mariupolu həm də onun ətraflarını atəşə tutmağa davam ediyi üçün və təhlükəsizlik səbəbilə mülki vətəndaşların təxliyyəsi təxirə salınıb.”

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç televiziyada yayımlanan çıxışında bu fikirləri tətkrarlayıb.

Evakuasiya təhlükəsizlik səbəbilə təxirə salınıb. Mariupol şəhər rəhbərliyi Telegram-da bildirib. Onlar deyib ki, Rusiya ilə “təhlükəsiz humanitar dəhlizin təmin olunması” ilə bağlı danışıqlar davam edir.

“Biz Mariupol sakinlərini sığınacaqlarına geri dönməyə çağırırıq,” o deyib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk video açıqlamasında bildirib ki, Rusiya “razılığı pozub” və Qırmızış Xaç təşkilatının vasitəçiliyinə baxmayaraq “Volnovaxa şəhərini atəşə tutmağa davam edir.”

Vereşçuk “ağır silahlarla” hücumların davame tdiyini bildirib və Rusiya tərəfini “atəşi dayandırmağa, atəşkəsi bərpa etməyə və uşaqlar, qadınlar və qocaların yaşayış məntəqələrini tərk edə bilmələri üçün humanitar dəhlizlərin yaradılmasına imkan verməyə” çağırıb.

O həmçinin Rusiyanı Dnipro və Zaporijye şəhərlərindən humanitar təcizatların, o cümlədən “dərman, insulin, habelə ərzaq”ların çatdırılmasına icazə verməyə çağırıb.

Rusiyanın bombardmanı dayandırıb-dayandırmadığı məlum deyil.

Bundan bir neçə saat öncə Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın mühasirəyə alınan Mariupol və Volnovaxa şəhərlərində mülki vətəndaşların təxliyəsinə üçün humanitar dəhlizin yaradılmasına imkan vermək məqsədilə qismən atəşkəs elan etdiyini bildirib.

Nazirlik əlavə edib ki, Ukraynanın digər hissələrində 10 günlük hücumu davam edir. Beynəlxalq qurumlar orada müharibə cinayətləri və mülki vətəndaşlara qarşı başqa pozuntu iddialarını təhqiq edirlər.

Ukrayna hökumətinin müşaviri mülki vətəndaşların başqa yerləri təxliyə etməsi üçün əlavə razılıqların əldə olunacağına işarə edib. “Bütün ərazilər üçün buna bənzər razılıqlar olacaq,” Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Heraşçenko deyib.

Ukrayna hökuməti bildirib ki, onların planı Mariupoldan təxminən 200 min, Volnovaxadan isə 15 min insanı evakuasiya etməkdir.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya tammiqyaslı hərbi müdaxilə edib. Nəticədə minlərlə insan ölüb, 1.2 milyondan çox insan ölkədən qaçıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG