Accessibility links

Suriyada evakuasiya avtobusları hücuma məruz qalaraq yandırılıb


Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, rəqib qüvvələrin mühasirəsində olan iki şəhərdən insanları evakuasiya edəcək avtobuslar hücuma məruz qalaraq yandırılıb.

Avtobuslar Əl-Fua və Kafraya şəhərlərindən 2 minə yaxın xəstə və yaralını evakusiya etməli idi.

Reuters-in məlumatına görə, Qəzmızı Xaca məxsus və digər avtobuslar şəhərlərin girişinə yaxınlaşmışdı.

Əsəd qüvvələri insanların bu iki şəhəri tərk etməsi müqabilində Hələbin şərq bölgəsindən mülki vətəndaşlar və rəqib döyüşçülərin çıxışını tələb edir.

Evakusiayanın başlandığına dair məlumat əldə edilməyib.

Müşahidəçilərin bildirdiyinə görə, cümə günü dayandırılan evakusiyanı 40 mindən çox insan və rəqib döyüşçülərin qalıqları gözləyir.

6 il əvvəl başlayan Suriya münaqişəsi 400 min insan həyatı bahasına başa gəlib.

Milyonlarla insan didərgin düşüb.

XS
SM
MD
LG