Accessibility links

"Everybody Wants Some" filmi [Video]


"Everybody Wants Some" filmi
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Məşhur kinorejissor Riçard Linkleyter “Hər kəs nə isə istəyir” filmində Amerikada 80-cı illərin, kollec illərinin həm kədərli, həm də gülməli həyatına nəzər salır.

Özünün ciddi filmləri ilə tanınan Riçard Linkleyter “Boyhood” - “Yetkinlik” filmində bir oğlan uşağının həddi-büluğa çatmasından bəhs edir. Hərçənd ki, çox adam Linkleyterdən kollec tələbələrinni həyatına daha dərin və fəlsəfi baxış gözləyərdi, “Hər kəs nəsə istəyir” film ikifayət qədər sadədir.

Baxmayaraq ki, “Yetkinlik” filminin çəkilişi 12 il vaxt aparıb, süjet xətti 1980-ci ildə Texasdakı kollecdə dəsrlər başlamazdan əvvəlki bir həftəsonunu əhatə edir. Filmin əsas xarakteri Ceykdir ki. Bu rolu Bleyk Cenner ifa edir.

Riçard Linkleyker deyir ki, bu komediya onun öz kollec təcrübəsi əsasında çəkilib. “Bu sizin həyatınızın unikal dövrü idi. Siz evdən uzaqda, azadsıznız və həyatda kim olduğunuzu müəyyən etməyə çalışırsınız.”

Özün haqda kəşflər isə əsasən şənliklərdə edilir ki, idmançılardan birini oynayan Uayt Rassel bunu filmin çəkilişi zamanı hiss etdiyini deyir. “Biz paltarlarımızı özümüz səliqəyə salır, musiqiyə qulaq asır, dostlarımızla oyun oynayırdıq.”

Onun komanda dostlarından birini oynayan Kyinton Conson yeniyetmələrin ansamblının onların həyatını dəyişdiyini deyir. “Biz indiki tələbələrdən fərqli idik. İndi onların Facebook-u, İnstagramı, Tvitteri var. Bilirsiniz, bütün bunlar hazırda real insanı əvəzləyə bilir.”

Lakin Finnigen rolunu ifa edən Qlin Povel bəzi şeylərin dəyişmədiyini, 80-ci illərdə olduğu kimi indiki tələbələrin də azadlığın hüdudlarını genişləndirməyə çalışdığını deyir. “Bir sözlə, onlar göy qurşağını dadmaq istəyirlər. Bu, bir qdəstə oölan haqdadır ki, onları hər şeyi bildiklərini zənn edirlər və həmin an etdikləri seçimə 100 faiz əmindirlər.”

Filmdə Linkleyter Amerikanın populyar tarixində “yaxşı hisslər” anlarını canlandırmağa çalışıb.

XS
SM
MD
LG